EN

Razılaşsalar, İran 25 milyard dollara qovuşacaq

ABŞ və İran arasında yekunlaş anlaşma memorandumuna İranın xaricdəki 25 milyard dollarlıq aktivlərinin dondurulmasının aradan qaldırılması da daxildir.

Hakimiyyet.az bildirir ki, bu barədə The New York Times (NYT) mənbələrə istinadən xəbər verir.

Məqalədə deyilir ki, müqavilə İranın xaricdəki 25 milyard dollarlıq aktivlərinin dondurulmasının aradan qaldırılmasını təmin edəcək.

Bunun ABŞ-da, yoxsa digər ölkələrdə dondurulmuş aktivlərə aid olub-olmadığı məlum deyil.

Qəzetin məlumatına görə, memorandumda tərəflərin həll olunmamış əsas məsələlər üzrə danışıqları 30-60 gün ərzində başa çatdırması nəzərdə tutulur.

Belə məsələlərdən biri də İranın nüvə proqramıdır.

 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iki tərəfin memorandum imzalamağa yaxın olduğunu açıqlayıb.

İran tərəfindən isə rəsmi açıqlama verilməyib.

Elvin

Hakimiyyet.az

 

Chosen
48
hakimiyyet.az

1Sources