Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb.
Paşinyan sosial media hesabında paylaşdığı açıqlamada bu addımı Ermənistan iqtisadiyyatı üçün “böyük hadisə” adlandırıb və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlarına təşəkkür edib.
Paşinyan bildirib ki, Ermənistan hazırda Gürcüstan və Azərbaycan üzərindən Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstan vasitəsilə Çinlə dəmir yolu əlaqəsinə malikdir. Onun sözlərinə görə, yeni marşrut Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqına çıxış imkanı yaradacaq.
Ermənistan baş naziri əlavə edib ki, yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və Naxçıvan üzərindən Ermənistan–İran dəmir yolu əlaqələrinin açılması planlaşdırılır.
“TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”, - Paşinyan qeyd edib.