Filippində tikilməkdə olan binanın çökməsi nəticəsində 40-a yaxın insan dağıntılar altında qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə DZBB radiosu məlumat yayıb.
HadisÉ™ bu gün paytaxtı Manilanın ÅŸimalında yerləşən Angeles ÅŸÉ™hÉ™rindÉ™ baÅŸ verib.Â
Hazırda xilasetmə işləri davam edir.
Regional Yanğından Mühafizə Bürosunun informasiya şöbəsinin əməkdaşı Maria Lia Sajili brifinqdə bildirib ki,indiyədək 24 nəfər xilas edilib, ölənlərlə bağlı məlumat daxil olmayıb.
Hadisənin səbəbi araşdırılır. Sənədlərə əsasən, bina doqquzmərtəbəli otel kimi layihələndirilib, lakin 10-cu mərtəbədə hovuz tikintisi aparılıb.