EN

Putin gələn həftə Qazaxıstana səfər edəcək

BAKI, 24 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana dövlət səfəri edəcək və burada keçiriləcək yüksək səviyyəli iqtisadi sammitdə iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın "Vesti" proqramının jurnalisti Pavel Zarubin məlumat yayıb.

Bildirilib ki, Rusiya lideri səfər çərçivəsində mayın 28-29-da Astanada təşkil olunacaq Avrasiya İqtisadi İttifaqının (AVROASİYA) sammitinə qatılacaq. Eyni tarixlərdə Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası və V Avrasiya İqtisadi Forumu da keçiriləcək.

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin bildirib ki, rəsmi proqramın böyük bir hissəsi Rusiya Prezidentinin Qazaxıstan lideri Qasım-Jomart Toxayevlə təkbətək və qeyri-rəsmi şəraitdə şəxsi ünsiyyətinə həsr olunacaq.

Chosen
39
5
teleqraf.com

10Sources