Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Publika.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.
Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin, “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.
Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə bu komandalar yer alıb: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).