EN

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Şəki, 24 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 24-də Şəki və Zaqatalada keçirdiyi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6, Zaqatalada isə 5 mərkəz olmaqla, ümumilikdə 11 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 1556 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 148 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 123 zal ayrılıb.

Zaqatalada keçirilən qəbul imtahanında isə 951 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 92 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 77 zal ayrılıb.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Onun sözlərinə görə, Şəki şəhəri 8 nömrəli tam orta məktəbdə keçirilən imtahanda iştirak edən bir nəfər gözdən əlil abituriyentə sualların cavablandırılması üçün əlavə bir saat vaxt verilib.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
2
azertag.az

3Sources