EN

Zirə nin Premyer Liqada 400 cü qolunu vurdu

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Zirə"nin Premyer Liqada 400-cü qolunu vurdu

Misli Premyer Liqasının 33-cü turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, qəsəbə klubu Premyer Liqada 400-cü dəfə qol sevinci yaşayıb.

Yubiley qoluna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/16 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
9
qol.az

10Sources