EN

Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb » AzadMedia.az


Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.

Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.

Faktla bağlı araşdırma aparılır.
Chosen
2
5
azadmedia.az

10Sources