EN

Tarixdə 10-cu: “Zirə” 400-cü qolunu vurdu

BAKI, 24 may. TELEQRAF

"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub.

Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan"la səfər oyununda vurulan sonuncu qol "qartallar" üçün əlamətdar olub.

Yubiley topuna Junior Martins imza atıb. Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/2016 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

Chosen
2
9
teleqraf.com

10Sources