EN

İran millisi düşərgəsini Meksikaya köçürdü

İran millisi 2026-cı il dünya çempionatı zamanı bazasını Meksikanın Tixuana şəhərində quracaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlama verib.

O bildirib ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) komandanın ABŞ-ın Arizona ştatının Tuson şəhərində planlaşdırılan hazırlıq düşərgəsinin Meksikaya köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.

Federasiya rəhbərinin sözlərinə görə, qərar viza ilə bağlı mümkün problemlərin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, İran millisi “Iran Air” aviareysləri vasitəsilə birbaşa Meksikaya uça biləcək.

İran yığması dünya çempionatının qrup mərhələsində ilk iki oyununu Los-Ancelesdə keçirəcək. Komanda iyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə Belçika ilə üz-üzə gələcək. İran millisi sonuncu qrup oyununda iyunun 26-da Sietldə Misirlə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Chosen
2
3
olke.az

4Sources