EN

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi, 24 may, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Geka Geladze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan məlumat verilib.

Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı müzakirə ediblər. Təhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkənin təhlükəsizlik xidmətləri arasındakı mövcud güclü əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 
Chosen
57
6
azertag.az

10Sources