EN

Məğlubedilməz Usik kəmərini nokautla qorudu

WBA, WBC, IBF və IBO üzrə superağağır çəkidə çempion olan ukraynalı boksçu Oleksandr Usik niderlandlı Riko Verhuveni yenərək dünya çempionu titulunu qoruyub.

Fanat.Az xəbər verir ki, döyüş Misirdə keçirilib.

11 raund davam edən döyüşdə Usik texniki nokautla qalib gəlib. Beləliklə, ukraynalı idmançı ardıcıl üçüncü dəfə WBC kəmərini qorumağı bacarıb. 

39 yaşlı Oleksandr Usık peşəkar karyerasında 25 qələbə qazanıb ki, bunlardan 16-sı nokautla olub. O, heç vaxt məğlub olmayıb. O, peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib.

Chosen
9
1
fanat.az

2Sources