EN

Övlad həsrətini kitaba köçürən Aləmzar Xudiyeva oxucularla görüşdü

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində yazıçı Aləmzar Xudiyeva oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan müəllifin 5 kitabı işıq üzü görüb.

 

MÖVZU İLƏ BAĞLI: Şairə Firəngiz Əhmədova balaca oxucularını sevindirdi

Aləmzar Xudiyeva yaradıcılığında əsasən hekayə və şeir janrlarına üstünlük verir. Onun əsərlərində sevgi, vətənpərvərlik və qəhrəmanlıq mövzuları xüsusi yer tutur.Festival çərçivəsində müəllifin “Qəlbdən qəlbə gedən yol” və “Görən niyə belə darıxıram?” kitabları oxuculara təqdim olunub.

Bildirilib ki, “Görən niyə belə darıxıram?” müəllifin ilk kitabıdır. O, bu əsəri itirdiyi övladlarına həsr edib və məhz həmin kitabdan sonra yaradıcılığa daha ciddi şəkildə başlayıb. Kitabda ana ağrısı, həsrət və insan duyğuları bədii şəkildə əks etdirilib.

Qeyd edək ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
bizim.media

1Sources