EN

Vens prezidentlik yarışından çəkilir? ABŞ siyasətində ilginc dəyişiklik

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ vitse-prezidenti J.D.Vens Tulsi Gabbardın Milli Kəşfiyyat direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərindən çəkilməyi düşünür.

Turkustan.az xəbər verir ki, nməlumatı The Daily Mail mənbələrə istinadən yayıb. Mənbələrə görə, Gabbard ABŞ prezidenti Donald Trampın "hərbi ambisiyalarını cilovlamaqda" Vensin azsaylı müttəfiqlərindən biri idi. Mənbələr bildirir ki, vitse-prezidentin "yumşaq xarici siyasəti" onu Trampla qarşıdurma yoluna qoyub. Vensin təsiri azaldıqca ABŞ dövlət katibi Marko Rubio Amerika liderinin yaxın çevrəsində xarici siyasətdə dominant səsə çevrilib.

Qəzet Ağ Evdəki mənbəyə istinadən bildirir ki, "Rubio Vensdən daha çox səlahiyyətə malikdir. Prezident onu dinləyir. Vens ümumi mənzərəyə uyğun gəlmir və uzun müddətdir ki, bu belədir".

Vensin qarşıdan gələn seçkilərdən çəkilməsinin taktiki bir addım ola biləcəyi və ona "son bir neçə ildə baş verən hər şeyə görə məsuliyyəti öz üzərinə götürməkdən" yayınmağa imkan verdiyi bildirilir. Qəzet qeyd edir ki, 2032 və 2036-cı il seçkilərində qalib gəlmək üçün Vens təxminən on il ərzində siyasi təsirini qoruyub saxlamalıdır. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
3
icma.az

4Sources