EN

Azərbaycan Premyer Liqasına yekun vurulur

Bu gün Azərbaycan Misli Premyer Liqasında 2025-2026 mövsümünə yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu – 33-cü turda bir oyun keçiriləcək.

“İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edəcək. Bu oyun komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. Belə ki, “İmişli” 9-cu, “Karvan-Yevlax” isə mövsümü sonuncu – 12-ci yerdə başa vuracaq.

24 may (bazar)

16:00. “İmişli” – “Karvan Yevlax” 

Baş Hakim: İnqilab Məmmədov

Quba Olimpiya İdman Kompleksinin stadionu

Turun digər nəticələri

“Araz-Naxçıvan” – “Zirə” – 3:2

“Kəpəz” – “Neftçi” – 0:1

“Qəbələ” – “Şamaxı” – 3:1

“Sumqayıt” – “Qarabağ” – 3:4

“Turan Tovuz” – “Sabah” – 1:2

Chosen
17
1
msport.az

10Sources