EN

Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
 
\"Qafqazinfo”
Chosen
3
11
7news.az

10Sources