ain.az, Baku.ws saytına istinadən bildirir.
Mayın 23-də "Olivia"nın təşkilatçılığı ilə ölkənin ən böyük gözəllik festivalı – "Olifest" keçirilib.
BAKU.WS xəbər verir ki, festival ilk gündən paytaxt sakinlərinin və şəhərin qonaqlarının böyük marağına səbəb olub. Gün ərzində festival ərazisində brendlərin sərgisi, hədiyyəli oyunlar, musiqili proqram, fotozonalar və interaktiv aktivliklər təşkil edilib.
"Olifest"ə qatılanlar müxtəlif kosmetika və baxım brendlərinin məhsulları ilə tanış olub, yenilikləri sınaqdan keçirib, oyunlarda iştirak edərək hədiyyələr qazanıblar. Festival məkanında yaradılan rəngarəng atmosfer iştirakçılara həm əyləncə, həm də xoş istirahət imkanı yaradıb. Fotozonalar isə günün ən çox maraq doğuran hissələrindən olub.
Tədbir yalnız əyləncə ilə yadda qalmayıb. Festival səhnəsində dermatokosmetoloq Günay Mikayılova düzgün dəriyə qulluq rutini ilə bağlı çıxış edib. O, dəri tipinə uyğun məhsul seçimi, gündəlik baxım mərhələləri və ən çox edilən səhvlər barədə iştirakçılara faydalı tövsiyələr verib.
Gün ərzində keçirilən aktivliklərdə qaliblər tərəfdaş brendlərdən müxtəlif hədiyyələr əldə ediblər. Festivalın əsas qalibi isə "Olivia" tərəfindən təqdim olunan 500 manatlıq hədiyyə kartını qazanıb.
Saat 18:00-dan sonra "Olifest" musiqili proqramla davam edib. Gecənin finalında səhnəyə çıxan Murad Arif enerjili ifası ilə iştirakçılara unudulmaz anlar yaşadıb və festivalın ilk gününü yüksək əhval-ruhiyyə ilə tamamlayıb.
Festivalda iştirak edə bilməyənlər üçün "Olifest" bu gün də davam edir. Mayın 24-də vizajist Vəfa Həmzəyeva makiyaj sirləri haqqında danışacaq. Gecənin finalında isə Xalq artisti Aygün Kazımova səhnəyə çıxaraq festivala xüsusi enerji qatacaq. İkinci günün də eyni izdiham və maraqla keçəcəyi gözlənilir.
Qalereya
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.