EN

Ukraynaya son sutkada 36 ballistik raket və 600 PUA atılıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son raket və dron hücumlarından sonra ölkədə xilasetmə və fövqəladə xidmətlərin fasiləsiz çalışdığını bildirib.

Publika.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

O qeyd edib ki, hücum nəticəsində yaralanan hər kəsə yardım göstəriləcək:

“Bu, bizim borcumuzdur və dövlət bu öhdəliyi yerinə yetirəcək. Zərbələrdən sonra insanların xilas edilməsi üçün çalışan hər kəsə təşəkkür edirəm”.

Prezidentin sözlərinə görə, günün əvvəlindən etibarən azı 83 nəfər xəsarət alıb, ölənlər də var.

Chosen
60
publika.az

1Sources