EN

Natella Nurun “Xan qızı Natəvan” kitabı festivalda təqdim olundu FOTO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində yazıçı və pedaqoq Natella Nur oxucularla görüşüb və yeni kitablarının təqdimatını keçirib.Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan müəllifin indiyədək 6 kitabı işıq üzü görüb.

 

MÖVZU İLƏ BAĞLI: İki nakam şairənin xatirəsinə həsr olunan poeziya gecəsi keçirildi - FOTO

Hazırda isə o, 7-ci kitabı üzərində çalışır.Natella Nur yaradıcılığında fəlsəfi düşüncələrə, təbiət gözəlliklərinə, vətənpərvərlik və Allaha məhəbbət mövzularına geniş yer verir. Müəllif şeir, hekayə və roman janrlarında əsərlər qələmə alır.

Festival çərçivəsində yazıçının “Allahın hədiyyəsi”, “Haqqın yolu” və yeni çap olunan “Xan qızı Natəvan” kitabları oxuculara təqdim olunub. Bildirilib ki, “Xan qızı Natəvan” kitabı poema və şeirlərdən ibarətdir. Kitabda, həmçinin Xurşidbanu Natəvanın qəzəllərinə də yer verilib.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam" Mühafizə Şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
14
bizim.media

10Sources