EN

Alen Prostu villasında qarət etdilər

Əfsanəvi fransız pilot və dəfələrlə Formula 1 çempionu Alen Prost soyğunçuluğun qurbanı olub.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Hadisə 19 may tarixində İsveçrədə, Cenevrə gölünün sahilində yerləşən Prostun villasında baş verib. Cinayətkarlar villaya soxularaq zorakılıqla hədə-qorxu gələrək 71 yaşlı fransızın oğullarından birini ailə seyfini açmağa məcbur ediblər.

Prost özü başından xəsarət alıb və nəticədə beyin silkələnməsi keçirib. Oğurlanan məbləğ açıqlanmayıb və cinayətkarlar qaçmağı bacarıblar.

Chosen
21
2
publika.az

3Sources