EN

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib, dağıntılar var.

“İki sahil” xəbər verir ki,  raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib. Bəzi raketlər isə səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində səfirliyin pəncərələri sınıb.

Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması nəticəsində “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da dağıntılar qeydə alınıb.

Chosen
10
33
ikisahil.az

10Sources