EN

Pakistanda sərnişin qatarı partladılıb: 16-dan çox şəxs həlak olub

BAKI, 24 may. TELEQRAF

Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində sərnişin qatarının partladılması nəticəsində azı 16 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Associated Press agentliyi polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış Çaman-Phatak ərazisi yaxınlığında dəmir yolu xəttində, sərnişin qatarının hərəkətdə olduğu vaxt baş verib. Hadisə nəticəsində yaxınlıqda park edilmiş avtomobillərə də ziyan dəyib.

“Geo” telekanalının məlumatına əsasən, partlayış zamanı 20-dən çox insan xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yerli xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.

Chosen
92
20
teleqraf.com

10Sources