EN

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Tulsi Gabbardın Milli Kəşfiyyat direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərində iştirakdan imtina etməyi düşünür. .

Bu barədə “Daily Mail” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, Gabbard, ABŞ prezidenti Donald Trampın hərbi ambisiyalarının qarşısını almaqda Vensin azsaylı müttəfiqlərindən biri olub.

Mənbələr bildirir ki, vitse-prezidentin yumşaq xarici siyasəti onu Trampla qarşıdurma yoluna qoyub. Onun təsiri azaldıqca, ABŞ dövlət katibi Marko Rubio ABŞ liderinin yaxın çevrəsində xarici siyasətdə dominant səsə çevrilib.

Qəzet Ağ Evdəki mənbəyə istinadən onu da yazır ki, Rubio, Vensdən daha çox səlahiyyətə malikdir. Prezident onu dinləyir. Vens isə artıq uzun müddətdir ki, ümumi mənzərəyə uyğun gəlmir.

Poliqon.info

Chosen
4
2
poliqon.info

3Sources