EN

İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi

Ajans.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin Teleqram kanalında məlumat verilib. Səfir Ramil İmranovun yol qəzasında həlak olması xəbərini dərin hüznlə qarşıladığını bildirib. O, mərhum diplomatın ailəsinə, yaxınlarına və Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarına səmimi başsağlığı verib.

Müctəba Dəmirçilu mesajında xidmət vəzifəsini yerinə yetirərkən həyatını itirən diplomat üçün Allahdan rəhmət, ailəsinə və yaxınlarına isə səbir diləyib.

Chosen
17
1
Ajans.az

2Sources