EN

Paşinyan Axalkalaki-Qars dəmir yolunun açıq olduğun elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun ölkəyə və ölkədən malların daşınması üçün açıq olduğunu və Aİ-yə çıxış yolunun açıldığını elan etdi.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri özünün Telegram kanalında yazıb.

"Mən məmnuniyyətlə elan edirəm ki, Azərbaycan dəmir yolu kimi Axalkalaki-Qars dəmir yolu da artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında böyük bir hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm", - deyə Baş nazir qeyd edib.

O əlavə edib ki, Ermənistan Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya ilə, Rusiya və Qazaxıstan vasitəsilə Çinlə, indi isə Gürcüstan və Türkiyə vasitəsilə Avropa İttifaqı ilə dəmir yolu əlaqələri qurub.

"Yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, daha sonra isə Naxçıvan-Ermənistan-İran dəmir yollarının açılması gözlənilir", - deyə o bildirib və bunun TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə baş verəcəyinə əminliyini bildirib.

Chosen
106
44
ucnoqta.az

10Sources