EN

Postmüharibə bərpasında Azərbaycan nümunəsi: Sürətli, sistemli və innovativ

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu qlobal urbanizasiya çağırışlarının müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkir. BMT-nin məskunlaşma proqramı çərçivəsində təşkil olunan bu forumda şəhərlərin gələcəyi, ekoloji problemlər, sosial bərabərlik və postmüharibə dövründə bərpa modelləri kimi mühüm məsələlər müzakirə edilir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Publika.az-a bildirdi ki, bu kimi beynəlxalq tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkənin qlobal şəhərsalma gündəmində fəal mövqeyini təsdiqləyir.

Qlobal urbanizasiya sürətlə dərinləşir

Deputatın sözlərinə görə, dünyada urbanizasiya prosesi sürətlə genişlənir və hazırda dünya əhalisinin 55-60 faizi böyük şəhərlərdə yaşayır:

“Proqnozlara əsasən, 2050-ci ilə qədər bu göstərici təxminən 70 faizə çatacaq. Bu isə mənzil çatışmazlığı, tıxaclar və ekoloji problemlər kimi ciddi çağırışlar yaradır”.

Chosen
33
50
publika.az

10Sources