Pakistanda sərnişin qatarının partladılması nəticəsində azı 16 nəfər həyatını itirib, çox sayda yaralı var.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı APP agentliyi yayıb.
Hadisə yerinə dərhal xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanalara təxliyə edilib, ərazidə araşdırma aparılır.
Bizim.Media