EN

Bərdədə ağır qəza: Ölən var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Poliqon xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi "VAZ-2107" markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
23
11
poliqon.info

10Sources