Azərbaycanda zəlzələ oldu
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.Bu barədə BUTA.TV-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.