EN

Məşhur aktyor sənətdən getdiyini elan etdi? Eşref Rüya finalı ərəfəsində gərginlik

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə kino və televiziya məkanının ən parlaq, populyar ulduzlarından biri olan Çağatay Ulusoyun sənətdən tamamilə uzaqlaşaraq aktyorluq karyerasını sonlandırdığına dair sosial şəbəkələrdə şok iddialar yayılıb. Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolunu ifa etdiyi "Eşref Rüya" serialının yaxın günlərdə final edəcəyi xəbərindən dərhal sonra məşhur aktyorun rəsmi instaqram hesabından guya karyerasını bitirdiyini elan edən bir bəyanat paylaşdığı görüntüsü internetdə sürətlə yayılmağa başlayıb. Bu xəbər qısa müddət ərzində sənətçinin milyonlarla pərəstişkarı arasında böyük təşvişə və çaşqınlığa səbəb olsa da, aparılan araşdırmalar zamanı Çağatay Ulusoyun rəsmi şəxsi hesabında qeyd olunan məzmunda heç bir paylaşımın və ya rəsmi açıqlamanın mövcud olmadığını bildirib."Adını Feriha Koydum", "Medcezir", "Muhafız", "Gaddar", "Kübra", "Terzi" kimi reytinqli layihələrdə canlandırdığı obrazlarla yadda qalan və son olaraq Kanal D ekranlarında yayımlanan "Eşref Rüya" serialında "Eşref" xarakteri ilə izləyicilərin rəğbətini qazanan aktyorun adından yayılan bu bəyanatın tamamilə əsassız və saxta (feyk) olduğu bildirilir. Karyerası boyunca təkcə uğurlu yaradıcılığı ilə deyil, həm də şəxsi həyatı və eşq macəraları ilə maqazin gündəminin mərkəzində olan ulduz aktyor məsələ ilə bağlı hələlik rəsmi bir təkzib mətni yayımlamayıb. Media ekspertləri və aktyorun yaxın ətrafı isə bu növ xəbərlərin serialın final ərəfəsində diqqət çəkmək məqsədilə ortaya atılan növbəti uydurma maqazin şayiəsi olduğunu vurğulayırlar.Jalə

Demokrat.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
demokrat.az

1Sources