Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp komandasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı danışıqlara qatılacağı yalnız məqsədlərinə nail olacaqlarına əmin olduqları halda mümkündür.
Axar.az xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev deyib.
Onun sözlərinə görə, hazırda Rusiya kompromisə hazır olduğunu nümayiş etdirmir və bu da danışıqlar prosesində hər hansı irəliləyişi çətinləşdirir:
“Rusiya Federasiyası ciddi iqtisadi problemlərlə üzləşməyənə qədər sülh danışıqlarında heç bir irəliləyiş olmayacaq”.
Çernev vurğulayıb ki, Ukrayna müəyyən kompromis variantlarını müzakirə etməyə hazırdır, lakin suverenlik və ərazi bütövlüyü məsələsi güzəşt mövzusu deyil:
“Biz Donbasın təslim edilməsinə qətiyyən getməyəcəyik”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.