EN

FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran millisinin 2026-cı il dünya çempionatı öncəsi təlim-məşq toplanışının yeri dəyişdirilib.

Milli.Az IRNA-ya istinadən xəbər verir ki,  FİFA komandanın düşərgəsinin ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib. Təlim-məşq toplanışı Meksikanın ABŞ sərhədinə yaxın, Sakit okean sahilində yerləşən Tixuana şəhərində keçiriləcək.

İran Futbol Federasiyasının prezidenti Mehdi Taj bildirib ki, FİFA rəsmiləri və mundial təşkilatçıları ilə İstanbulda keçirilən görüşlər, həmçinin FİFA baş katibi ilə videokonfransdan sonra bu qərar təsdiqlənib.

Komanda qrupda hər üç oyunu isə ABŞ-da keçirəcək.

Hazırda İran millisi mundial hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir. Komanda iyunun 5-dək burada məşq edəcək, mayın 29-da Qambiya, iyunun 4-də isə Mali ilə yoxlama oyunu keçirəcək. Dünya çempionatı üçün yekun 26 nəfərlik heyət isə iyunun 1-də açıqlanacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
5
news.milli.az

6Sources