EN

Azərbaycanda inək və camışların sayında azalma var

2026-cı il aprelin 1-i vəziyyətinə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 434 min 103 baş olub.
 
Moderator.az Valyuta.az-a istinadla xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 2 milyon 456 min 561 baş təşkil edib.
 
Bu isə illik müqayisədə 22 min 458 baş və ya 0,9% azalma deməkdir.
 
Hesabat dövründə inək və camışların sayı 1 milyon 209 min 908 baş olub. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 220 min 48 baş idi.
 
Beləliklə, illlik müqayisədə ölkədə inək və camışların sayında 10 min 140 baş və ya 0,8% azalma olub.
 
Bakı şəhərində isə iribuynuzlu mal-qaranın sayı 7 min 931 baş olub. Ötən ilin eyni dövründə bu göstərici 8 min 141 baş təşkil edib.
Bu, paytaxt üzrə illik müqayisədə 210 baş və ya 2,6% azalma deməkdir.
 
Paytaxtda inək və camışların sayı isə 5 min 189 baş olub. Bu göstərici ötən ilin müvafiq dövründə 5 min 268 baş idi ki, bu da illik müqayisədə 79 baş və ya 1,5% azalma olduğunu deməyə əsas verir.
Chosen
24
moderator.az

1Sources