EN

Bürcünüzə görə sevgi diliniz hansıdır?

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Səni sevirəm" demək çox vacibdir, lakin bu sözlər əməllərlə sübut olunmadıqda öz dəyərini tez itirir.Bizim.Media xəbər verir ki, hər bir bürcün sevgini hiss etmə və göstərmə forması fərqlidir.12 bürcün 12 fərqli sevgi dilini təqdim edirik. Yeri gəlmişkən, bu xüsusiyyətləri oxuyarkən həm özünüzün, həm də partnyorunuzun Ay bürcünü də nəzərə almağınız tövsiyə olunur.Su bürcləri (Xərçəng, Əqrəb, Balıqlar)Su bürcləri üçün empati, hisslərin dərinliyi və fədakarlıq ön plandadır. Onlar üçün sevginin ən yaxşı təzahürü emosional bağdır.Xərçəng: Sizin sevgi diliniz bütün vacib tarixləri, qarşı tərəfin nələrə üstünlük verdiyini və xırda detalları yadda saxlamaqdır. Sizin üçün sadəcə dinlənilmək bəs etmir, həm də deyilənlərin unudulmaması vacibdir. İlk öpüşün tarixi, sevimli yemək və ya uşaqlıq arzusu sizin üçün xırdalıq deyil, sevginin birbaşa sübutudur. Yaxşı yaddaşı olmayan biri sizin qəlbinizi fəth edə bilməz.Əqrəb: Sizin sevgi diliniz qarşı tərəfə öz sirlərinizi və zəif tərəflərinizi etibar edə bildiyiniz an işə düşür. Əqrəb üçün etimad və öz həssaslığını göstərə bilmək sevgiyə gedən ən qısa yoldur. Səmimiyyət və daxili ədalət hissi sizin güvəniniz qazanmağın yeganə üsuludur.Balıqlar: Sizin sevgi diliniz sevgi naminə hər şeyi qurban verməyə hazır olmaqdır və eyni fədakarlığı qarşı tərəfdən də gözləyirsiniz. Münasibətlərin möhkəm olması üçün ağlınıza gələn ən qəribə ideyaların belə dəstəklənməsini və sizə arxa-dayaq durulduğunu hiss etməlisiniz. Partnyorunuzun hər şəraitdə sizin tərəfinizdə olacağını bilmək sizin üçün çox önəmlidir.Od bürcləri (Qoç, Şir, Oxatan)Od bürcləri diqqət, aktivlik və macəra sevir. Onların sevgi dili böyük jestlər və birlikdə atıldıqları macəralar üzərində qurulub.Qoç: Sizin sevgi diliniz məsuliyyət götürmək, tərəddüd etməmək və birbaşa hərəkətə keçməkdir. Sizin üçün partnyorunuzun sadəcə dinləməsi yetərli deyil; o, sözdən dərhal əmələ keçməyi, məsələn, qəfildən bir tətil planlamağı və ya romantik görüş təşkil etməyi bacarmalıdır. Əsas odur ki, siz hər şeyi tez-tez xatırlatmayasınız, partnyorunuz özü təşəbbüs göstərsin.Şir: Sizin sevgi diliniz diqqət, səxavət və özünüzü eksklüziv (tək və unikal) hiss etməkdir. Partnyorunuzun gözündə ən yaxşı və xüsusi olduğunuzu hiss etmək, bunu bahalı, lüks hədiyyələr və sürprizlər kimi geniş jestlərlə görmək sizin üçün həyati əhəmiyyət kəsb edir.Oxatan: Sizin sevgi diliniz sözün əsl mənasında avantüra və macəradır. Dünyagörüşünüzü daim genişləndirmək sizin üçün vacib olduğundan, partnyorunuzdan da eyni həyat eşqi və enerjini gözləyirsiniz. Səyahətlər, qeyri-adi ustad dərsləri və ya kurslar – əsas odur ki, ətrafınızda daim yeni və maraqlı nəsə olsun.Hava bürcləri (Əkizlər, Tərəzi, Dolça)Hava bürcləri ünsiyyət istedadı ilə tanınırlar. Buna görə də dialoq, ideya mübadiləsi və ortaq baxış bucağı onlar üçün hisslərinizin əsas göstəricisidir.Əkizlər: Sizin sevgi diliniz ünsiyyətdir. Əgər eyni vaxtda həm şayiələrdən danışıb, həm də siyasəti müzakirə edə bilirsinizsə, bu, əla göstəricidir. Sizin üçün partnyorunuzun da danışmağı sevməsi və həm mücərrəd mövzulardan, həm də öz hisslərindən bəhs edə bilməsi vacibdir. Münasibətdə səssizcə kənarda qalmaq keçərli deyil; hər şey haqqında çoxlu məlumata sahib olmaq şərtdir.Tərəzi: Sizin sevgi diliniz estetika ilə sıx bağlıdır. Görüş, söhbət və ya birgə hobbi – fərqi yoxdur, əsas odur ki, hər şey gözəl olsun, həm ruhu, həm də gözü oxşasın. Sizin üçün qarşı tərəfin zövqlü olması, gözəllə adini, orijinal ilə darıxdırıcını, zərifliklə bayağılığı ayıra bilməsi olduqca önəmlidir.Dolça: Sizin sevgi diliniz fərqli düşüncə tərzində və adi şeylərə qeyri-standart baxışda gizlənir. Partnyorunuzun sizinlə eyni fikirdə olması, həmfikir kimi çıxış etməsi vacibdir. O, ya sizi yeni ideyalara ruhlandırmalı, ya da onları reallaşdırmağa kömək etməlidir. Əsas olan ortaq baxış və düşüncə azadlığıdır.Torpaq bürcləri (Buğa, Qız, Oğlaq)Torpaq bürcləri əməllərə, fiziki təmasa və praktikliyə dəyər verirlər. Onlar sevgini konkret addımlarla daha rahat qəbul edirlər.Buğa: Sizin sevgi diliniz taktil dərəcədə toxunuşlar (fiziki təmas) və həyatdan zövq almaqdır. Partnyorunuzun həyatın gözəlliklərindən dad çıxarmağı bacarması və bu gözəllikləri sizinlə bölüşməsi vacibdir. Heç bir snobizmə yer yoxdur; sadəcə yeməkdən, hədiyyələrdən, musiqidən, səyahətdən, qucaqlaşmaqdan və seksdən gələn saf həzz önəmlidir.Qız: Sizin sevgi diliniz gündəlik məişət qayğılarını yüngülləşdirmək bacarığında gizlənir. Sizin üçün partnyorunuzun real işlər görməsi vacibdir: evdə nəyisə təmir etmək, işdəki problemi həll etmək və ya ev heyvanınızın qayğısına qalmaq. Göstərilən qayğı nə qədər faydalıdırsa, sizin üçün bir o qədər dəyərlidir.Oğlaq: Sizin sevgi diliniz zaman və prioritetlər vasitəsilə ifadə olunur. Hətta çox məşğul olanda və ya əhvalı olmayanda belə partnyorunuzun sizə vaxt ayırması vacibdir, çünki zaman sizin üçün sevgidə ən dəyərli valyutadır. Birlikdə susmaq da olar, əsas odur ki, bir yerdə olasınız. Heç bir eyhama və ya sətiraltı mənaya ehtiyac yoxdur – hər şey birbaşa, aydın və qısa ifadə olunmalıdır.Öz sevgi dilinizi bilmək və bunu partnyorunuza izah edə bilmək münasibətlərdəki bir çox çətinliklərin qarşısını alır, vaxta qənaət edir və tərəflərin bir-birinə uyğunlaşma (adaptasiya) dövrünü qısaldır.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
bizim.media

10Sources