EN

Zamiq cəzalandı, "Eqnatiya" liderliyi ələ keçirdi

Albaniya çempionatında final mərhələsinin növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin komandası “Eqnatiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə əsas rəqibi “Vlajniya” ilə qarşılaşıb. "Eqnatiya" rəqib meydanından qalib dönüb - 2:1. 

Start "11-lik"də yer alan Əliyev 72-ci dəqiqədə əvəzlənib. O, 12-ci dəqiqədə sarı vərəqə də alıb.

Final mərhələsinə 28 xalla başlayan və hazırda 34 xalı olan “Eqnatiya” dörd komanda arasında liderdir. 

Chosen
26
1
fanat.az

2Sources