Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.
Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Trend.az)