Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır
Misli Premyer Liqasında bu gün 2025/2026 mövsümünə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, XXXIII turun son matçında "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edəcək.
Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 16:00-da start götürəcək.
Yevlax təmsilçisi hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb. 33 xala malik "İmişli" 9-cu yerdədir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.
Bizim.Media