EN

Həftəlik ulduz falı Onların bəxti gətirdi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 25-dən 31-nə keçən həftə bürclər üçün gözlənilən müsbət enerjini gətirir. Həftənin sonunda Oxatan bürcündə nadir Mavi Ay bədirlənməsi baş verəcək. Həftənin əvvəlində Tərəzi bürcündəki Ay sakitlik bəxş edəcək. Mayın 27-də Əqrəb bürcünə keçən Ay emosiyaları coşduracaq. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə isə ayı nikbinlik və ümid dolu enerji ilə bağlayacaq.Demokrat.az "Yourtango"ya istinadla həftəlik bürc proqnozunu təqdim edir:Qoç (21 mart - 19 aprel)Mars bürcünüzü tərk etdiyi üçün münasibətlərdə gərginlik azalır. Bazar ertəsi yaranan anlaşılmazlıqları asanlıqla həll edə bilərsiniz. Barışıq üçün gözəl imkandır. Cümə axşamı daxili emosiyalarınızla üzləşməli olacaqsınız, onlardan qaçmayın. Mayın 31-də Oxatan bürcündəki Mavi Ay gələcək planlarınız üçün daxili gücünüzü üzə çıxaracaq. Uğur üçün səbirli olmaq vacibdir.Buğa (20 aprel - 20 may)Bu həftə sadəliyə üstünlük verin. Mars bürcünüzdə hərəkət etdiyi üçün özünüzü kəşf etmək yolundasınız. Peşəkar və akademik sahədə uğur qazanmaq üçün əlaqələrinizi qorumaq və irəli baxmaq vacibdir. Cümə axşamı xarizmanız artacaq, fikirlərinizi daha rahat çatdıracaqsınız. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə zamanı sevdiklərinizlə vaxt keçirib enerji toplayın.Əkizlər (21 may - 20 iyun)Həftənin əvvəlində daxili dünyanıza vaxt ayırın, istedadlarınızı qiymətləndirin. Günəş bürcünüzdə olduğu üçün özünüzə inamı artırmağın tam vaxtıdır. Cümə axşamından etibarən

layihələrinizi təhlil etmək və işlərinizdə düzəlişlər etmək üçün uğurlu dövr başlayır. Həftə sonu Oxatan bürcündəki Mavi Ay münasibətlərdə dürüstlük və şəfqəti ön plana çıxaracaq.Xərçəng (21 iyun - 22 iyul)Həftənin əvvəlində yaradıcılıq potensialınız artacaq. Bu enerjini ev mühitində reallaşdırmaq, dəyişikliklər etmək sizə rahatlıq gətirəcək. Venera bürcünüzdə olduğundan bədii tərəfiniz asanlıqla parlayacaq. Oxatan bürcündəki bədirlənmə son bir ildə əldə etdiyiniz uğurları sizə göstərəcək. Bazar günü keçdiyiniz inkişaf yolunu dəyərləndirmək üçün əla gündür.Şir (23 iyul - 22 avqust)Həftənin əvvəlində dostlar və yaxın ətrafınızla ünsiyyət güclənəcək. Liderlik bacarıqlarınız, xüsusən qrup işlərində ön plana çıxacaq. Cümə axşamından etibarən karyera və ya təhsil məqsədləriniz aktuallaşır. Komanda işinə önəm versəniz, əlaqələriniz müsbət istiqamətdə dəyişəcək. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə daxili gücünüzü hiss etdirəcək.Qız (23 avqust - 22 sentyabr)Həftənin əvvəlində maliyyə vəziyyətinizi yaxşılaşdırmaq barədə düşünəcəksiniz. Gələcək üçün möhkəm planınızın olub-olmamasını sorğulayacaqsınız. Həftənin sonuna doğru həyat fəlsəfənizi təhlil etmək üçün yaxşı vaxtdır, kiməsə məsləhətçi ola bilərsiniz. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə peşəkar sahədə çəkdiyiniz zəhmətin bəhrəsini və gözlənilən tanınmanı gətirəcək.Tərəzi (23 sentyabr - 22 oktyabr)Bu həftə sevgi mövzu diqqət mərkəzində olacaq. Həftənin əvvəlində bürcünüzdəki Ay sizə cazibədarlıq bəxş edəcək. Partnyorunuzla maraqlı nəsə edin, subaysınızsa, dostlarınızla vaxt keçirin. Həftə irəlilədikcə özünüzə güvənməyi öyrənəcəksiniz. Mayın 31-də Oxatan bürcündəki Mavi Ay karyeranızda genişlənmə dövrü başladacaq, arzularınızı reallığa çevirmək istəyəcəksiniz.Əqrəb (23 oktyabr - 21 noyabr)Gələcək planlarınız və daxili dəyərləriniz sınağa çəkilir. Həftənin əvvəlində diqqətinizi davam edən layihəyə yönəldin, yeni ideyalar yaranacaq. Cümə axşamı Ay bürcünüzə keçəndə diqqət mərkəzində olmaqdan zövq alacaqsınız, lakin tələsik qərarlar verməyin. Bazar günü Oxatan bürcündəki bədirlənmə gələcək üçün hansı bilik və bacarıqları təkmilləşdirməli olduğunuzu sizə göstərəcək.Oxatan (22 noyabr - 21 dekabr)Həftənin əvvəlində sevgi və gözəllik mövzularına köklənəcəksiniz. Münasibəti olanlar üçün partnyoru ön plana çıxacaq və balans yaratmaq tələb olunacaq. Cümə axşamı bir az zəifləmək, enerjinizi qorumaq və dincəlmək üçün yaxşı vaxtdır. Bazar günü bürcünüzdə baş verəcək Mavi Ay özünüzlə qürur duymağınız üçün əla səbəblər üzə çıxaracaq. Şübhələri kənara atın və parlayın.Oğlaq (22 dekabr - 19 yanvar)Marsın yeni mövqeyi hadisələri daha aydın görməyinizə kömək edir. Bu, işlərinizdə nizam-intizam yaradacaq və sevgi həyatınıza müsbət təsir edəcək. Həftənin əvvəlində münasibətlərdə nə istədiyinizi daha yaxşı anlayacaqsınız. Cümə axşamından etibarən hörmət etdiyiniz insanlarla bir araya gəlin və ideya mübadiləsi edin. Bazar günü Oxatan bürcündəki bədirlənmə münasibətlərdə yeni başlanğıc vəd edir.Dolça (20 yanvar - 18 fevral)Yeni biliklər əldə etmək üçün həftə olduqca motivasiyalı başlayır. Əvvəllər təxirə saldığınız layihələri yenidən canlandırmaq üçün fürsət yaranacaq. Cümə axşamından etibarən dərslərinizə və ya şəxsi işlərinizə vaxt ayırmaq gündəlik rejimi qaydaya salmağı asanlaşdıracaq. Mayın 31-də Oxatan bürcündə baş verəcək Mavi Ay zamanı yeni liderlik rolları üzərinizə götürməyə hazırlaşın, özünüzə güvənin və önə çıxın.Balıqlar (19 fevral - 20 mart)Gələcəkdə nə axtardığınızı anlamaq və möhkəm təməllər qurmaq üçün uğurlu həftədir. Ailəniz sizə böyük motivasiya verəcək. Cümə axşamından etibarən səyahətlər, yaradıcılıq işləri və ya evdə kitab oxumaq sizə daxili rahatlıq gətirəcək. Oxatan bürcündəki bədirlənmə daxili kəşf dövrü olacaq, ideyalarınız rahatlıqla axır. İş və ya təhsil sahəsində ciddi uğur əldə etmək üçün ətrafınızdakıların dəstəyini gözləyin.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
demokrat.az

1Sources