EN

La Liqanı tərk etdilər

style='margin-bottom:10px;'>

İspaniya La Liqasında 2025/2026 mövsümünün sonunda aşağı liqaya düşən bütün komandalar müəyyənləşib.

QOL.az xəbər verir ki, “Real” Oviedo, “Jirona” və “Malyorka” növbəti mövsümdə Sequndada çıxış edəcək.

38-ci turun oyunlarında “Malyorka” evdə “Oviedo”nu 3:0 hesabı ilə məğlub etsə də, elitadakı yerini qoruya bilməyib. “Jirona” isə son turda “Elçe” ilə 1:1 hesablı heç-heçə edib. Kataloniya təmsilçisi cəmi iki mövsüm əvvəl La Liqanı 3-cü pillədə başa vuraraq Çempionlar Liqasında çıxış etmişdi.

Mövsümün yekununda “Oviedo” 29 xalla sonuncu (20-ci), “Jirona” 41 xalla 19-cu, “Malyorka” isə 42 xalla 18-ci sırada qərarlaşıb və La Liqanı tərk edib.

Chosen
5
2
teleqraf.com

3Sources