EN

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mütəxəssislər uzun müddət yatmağın insan sağlamlığına mənfi təsir göstərə və qocalmanı sürətləndirə biləcəyini açıqlayıblar.Demokrat.az xəbər verir ki, alimlərin araşdırmasına görə, normadan artıq yatmaq beyin, ürək, ağciyər və immun sisteminin daha sürətli qocalmasına səbəb ola bilər.Mütəxəssislər böyüklər üçün gündəlik ideal yuxu müddətinin 7-8 saat olduğunu bildirirlər. Araşdırma zamanı Britaniya biobankında yer alan təxminən 500 min insanın məlumatları analiz edilib və süni intellekt vasitəsilə qocalma göstəriciləri müəyyənləşdirilib.Nəticələrə əsasən, 7-8 saatdan artıq yuxunun orqanizm üçün faydası azalır.Somnoloq Sofiya Çerkasova isə bildirib ki, bu nəticələrə ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, həddindən artıq yuxululuq çox vaxt artıq mövcud olan sağlamlıq problemlərinin əlaməti olur.Həkim qeyd edib ki, bəzi insanlarda yuxunun keyfiyyəti aşağı olduğundan, onlar standart müddətdə tam bərpa ola bilmirlər. Bəzi hallarda isə uzun yuxu kimi görünən vəziyyət sadəcə yataqda uzun müddət qalmaqdan ibarət olur.Araşdırmalarda artıq yuxu ürək-damar xəstəlikləri, diabet, depressiya və erkən ölüm riski ilə əlaqələndirilib. Uzun yatmağa səbəb olan digər amillər arasında apnoe, qalxanabənzər vəz xəstəlikləri, anemiya, nevroloji problemlər və xroniki iltihablar göstərilib.Digər tədqiqatlar isə gündə 9 saatdan çox yatmağın yaddaş, koordinasiya və özünənəzarət kimi koqnitiv funksiyaların zəifləməsi ilə əlaqəli olduğunu ortaya çıxarıb.Mütəxəssislər keyfiyyətli yuxu üçün gündəlik rejimə əməl etməyi, təmiz havada gəzməyi, yataq otağını havalandırmağı və yatmazdan əvvəl telefondan istifadəni azaltmağı tövsiyə edirlər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources