EN

İnsult riskini 73 faiz artıran gizli təhlükə tapıldı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Alimlər insult riskini artıran gözlənilməz amili müəyyən ediblər.Demokrat.az xəbər verir ki, “Neurology” jurnalında dərc olunan araşdırmaya əsasən, aura ilə müşahidə olunan miqren işemik insult riskini əhəmiyyətli dərəcədə artırır.Aura miqrendən əvvəl yaranan görmə və hissiyyat pozuntularıdır. Bunlara işıq parıltıları, bulanıq ləkələr və göz önündə ziqzaq xətlərin görünməsi daxildir.Araşdırma zamanı orta yaşı 72 olan və əvvəllər insult keçirməmiş 11,3 min insanın məlumatları analiz edilib. Altı illik müşahidə dövründə:miqreni olmayanların 3 faizində,miqreni olanların 4 faizində,aura ilə miqren yaşayanların isə 5 faizində insult qeydə alınıb.Alimlər yaş, diabet, yüksək təzyiq və digər risk faktorlarını nəzərə aldıqdan sonra müəyyən ediblər ki, məhz aura ilə müşahidə olunan miqren insult riskini 73 faiz artırır.Tədqiqatda həmçinin qeyd olunub ki, 72 yaşdan aşağı kişilərdə miqren insult riskini 3,5 dəfədən çox artırıb. Daha yaşlı insanlarda isə belə əlaqə aşkarlanmayıb.Mütəxəssislər bildirirlər ki, tez-tez aura ilə müşahidə olunan miqren yaşayan şəxslər mütəmadi tibbi nəzarətdə olmalı və risk faktorlarını vaxtında yoxlatdırmalıdırlar.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
92
demokrat.az

1Sources