EN

Şahzadə Endryu təcavüzdə ittiham olunur

Britaniya polisi şahzadə Endryu tərəfindən 2002-ci ildə London yaxınlığındakı nüfuzlu “Ascot” at yarışlarında baş vermiş bir qadına qarşı uyğunsuz davranış hadisəsi ilə bağlı məlumatları araşdırır.

Bu barədə “The Sunday Times” mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, Temza Vadisi Polisinə şikayət edilib və iddia edilən cinayət hadisəsi 18-22 iyun 2002-ci il tarixləri arasında baş verib.

Qəzet qeyd edib ki, Kraliça II Yelizaveta (1926-2022) və kral ailəsinin digər yüksək vəzifəli üzvləri yarışlarda iştirak ediblər.

Chosen
75
2
apa.az

3Sources