EN

Ağ Evin ətrafında tətbiq edilən izolyasiya rejimi ləğv edildi

Ağ Evin yaxınlığında baş vermiş atışmadan sonra tətbiq edilən izolyasiya rejimi mayın 23-ü, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə mayın 24-ü, saat 05:00-da) ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının Ağ Evin ətrafındakı əməliyyatı başa çatdıqdan sonra məhdudiyyətlər aradan qaldırılıb.

Buna baxmayaraq, Ağ Evin və ABŞ Prezident Administrasiyasının binasına bitişik küçələrdə Milli Qvardiya əsgərləri və polis hələ də hərəkəti bloklamaqda davam edir. Piyada zonaları isə xəbərdarlıq lentləri ilə bağlı saxlanılır.

Chosen
5
28
publika.az

10Sources