Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb.
"SOCAR Polymer Arena"da baş tutan görüş məhsuldar alınıb. Meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.
“Araz-Naxçıvan”ın qollarını 15-ci dəqiqədə Patrik Andrade, 32-ci dəqiqədə Felipe Santos və 73-cü dəqiqədə Ramon Maçado vurub.
“Zirə”nin heyətində isə 69-cu dəqiqədə Ruan Renato, 82-ci dəqiqədə Martins Junior fərqlənib.
Bu nəticədən sonra “Araz-Naxçıvan” turu qələbə ilə başa vurub, “Zirə” isə səfərdən xalsız dönüb.
Rəşad Sadıqovun yetirmələri son dəqiqələrdə penaltidən yararlana bilməyib.
"Araz-Naxçıvan" - "Zirə" 3:2