EN

“Barselona”, PSJ və “Arsenal” maraqlanır – Argentinalı hücumçu ilə

“Atletiko”nun hücumçusu Xulian Alvaresin ətrafında böyük rəqabət yaranıb. Onunla “Barselona”, PSJ və “Arsenal” maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış jurnalist Qaston Edul bu transfer yarışında favoritləri faizlə dəyərləndirib.

Onun fikrincə, ən yüksək ehtimal “Barselona”ya məxsusdur:

“Mən onu 45 faiz ehtimalla “Barselona”da, 35 faiz PSJ-də, 20 faiz isə “Arsenal”da görürəm”.

Edulun sözlərinə görə, Kataloniya klubu həqiqətən transferi istəyirsə, ciddi maliyyə təklifi ilə prosesə daxil olmalıdır.

Hazırda isə danışıqlarda bir addım öndə PSJ hesab olunur. Paris təmsilçisi həm argentinalı futbolçuya yüksək maaş, həm də “Atletiko”ya böyük təklif təqdim etməyə hazırdır.

26 yaşlı hücumçunun bazar dəyəri “transfermarkt” tərəfindən 90 milyon avro olaraq qiymətləndirilir.

Chosen
60
sportinfo.az

1Sources