EN

İki nəfər güllə yarası aldı

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında baş verən atışma zamanı xəsarət almayıb.

Publika.az xəbər verir ki, bu barədə "PBS" yayım şirkətinin müxbiri Liz Lenderz "X" sosial şəbəkəsində məlumat verib.

"Təsdiqlənib: bu axşam Ağ Evin yaxınlığında atəş açılıb. Prezidentin təhlükəsizliyi təmin olunub", - deyə o yazıb.

Müxbirin sözlərinə görə, hadisə 17-ci küçə və Pensilvaniya prospektinin kəsişməsində baş verib. Lenderz əlavə edib ki, hadisə nəticəsində iki nəfər güllə yarası alıb: onlardan biri şübhəli şəxs, digəri isə təsadüfi keçən vətəndaşdır.

Chosen
54
publika.az

1Sources