EN

Hörmüz boğazında yeni razılaşma – İran nəzarətin özündə qaldığını açıqladı

İran Hörmüz boğazında gəmiçiliyin həcmini müharibədən əvvəlki səviyyəyə qaytarmağa razılıq verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Fars agentliyinin yaydığı məlumata görə, Tehran bunun sərbəst və maneəsiz keçidin bərpası anlamına gəlmədiyini vurğulayıb.

Rəsmi Tehran qeyd edib ki, İslam Respublikası boğaza tam nəzarəti özündə saxlayır. Buraya marşrutların idarə olunması, tranzit vaxtları, keçid icazələri və prosedurlar daxildir.

Məlumatda bildirilir ki, bu açıqlama ABŞ prezidenti Donald Trump-ın vəziyyətin normallaşdığı barədə son bəyanatları ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, İran tərəfi danışıqların hazırkı mərhələsində ölkənin nüvə proqramı ilə bağlı heç bir öhdəliyin müzakirə edilmədiyini açıqlayıb.

Tehran həmçinin iddia edib ki, amerikalı rəsmilər qapalı müzakirələrdə Trampın ictimai açıqlamalarını əsasən daxili siyasi auditoriya və media üçün nəzərdə tutulmuş bəyanatlar kimi qiymətləndiriblər.

Musavat.com

Chosen
11
50
musavat.com

10Sources