EN

Bu dərmanları kofe ilə birlikdə qəbul etmək olmaz

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Həkim Tatyana Şapovalenko qəhvə ilə dərmanların birlikdə qəbulunun mədə üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.Demokrat.az xəbər verir ki, mütəxəssis bu barədə “O samom glavnom” proqramının efirində danışıb.Həkim səhərlər qəhvə içdikdən və oynaq dərmanları qəbul etdikdən sonra mədəsində yanma və ağrı hiss etdiyini bildirib.Həkim əvvəlcə normal səhər yeməyi yeməyi, daha sonra dərman qəbul etməyi tövsiyə edib. Onun sözlərinə görə, yalnız bundan sonra qəhvə içmək məsləhətdir.“Qəhvənin tərkibində əsasən kofein olur. Kofein damarların daralmasına səbəb olur və bununla da mədənin selikli qişasına zərər verir. Əgər qəhvəni acqarına içirsinizsə və ardından dərman qəbul edirsinizsə, zərərli təsir daha da artır”, – deyə Şapovalenko bildirib.Bundan əvvəl onkoloq Vladimir İvaşkov sağlamlığa zərər verən üç səhər vərdişini açıqlamışdı. Uzunömürlülük üzrə ekspert Sebastyan La Rosa isə bəzi qan analizlərinin xolesterin yoxlanışından daha vacib olduğunu qeyd edib.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
demokrat.az

1Sources