EN

Makronun iqamətgahında axtarış – korrupsiya istintaqı böyüyür

Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında mayın 20-də axtarış aparılıb.

Musavat.com xəbər verir ki, axtarışlar dövlət sifarişlərinin “Shortcut Events” şirkəti ilə bağlanması zamanı mümkün korrupsiya halları ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.

Məlumata görə, şirkət son illərdə Fransa prezident administrasiyası üçün bir sıra iri tədbirlərin təşkilinə cavabdeh olub. Bunların arasında tanınmış fransız xadimlərinin nəşinin Panteona köçürülməsi mərasimləri də yer alıb.

Le Monde qəzetinin yazdığına görə, satirik Le Canard Enchaine nəşri hər belə mərasimin dövlət büdcəsinə təxminən 2 milyon avroya başa gəldiyini bildirib.

Musavat.com

Chosen
56
musavat.com

1Sources