EN

"Özümü azərbaycanlı sayıram" -"Sampdoriya"nın U-21 millimizə dəvət alan forvardı

"Bütün Azərbaycandakı dostlarıma salam. Azərbaycanın U-21 millisinə dəvət aldığım üçün çox sevincliyəm". 

Bunu Fanat.Az-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət yığmamıza çağırılan italiyalı hücumçu Lorenzo Metsotero deyib.

Bir müddət öncə aşağı yaş qrupu üzrə komandalarında forma geyindiyi "Sampdoriya" klubu ilə peşəkar müqavilə bağlayan ucaboy qolçu əlavə edib: "Bu formanı geyinmək şərəfinə nail olduğum üçün olduqca qürurluyam. Özümü azərbaycanlı sayıram. Səbəbi bəllidir, Azərbaycanda böyümüşəm. Millinin uğurları üçün əlimdən gələn hər şeyi edəcəm. Yeni sınaqlara, yeni çağırışlara hazıram". 

Xatırladaq ki, valideynləri ölkəmizi tərk etdiyi üçün 13 yaşında Bakıdan ayrılan Lorenzo daha sonra "Atalanta"nın strukturunda olub. "Neftçi"nin strukturunda başqalarından seçilən yeniyetmənin yolu İspaniyada bu idman növünün sirlərinə yiyələnib. Barselonadakı "Marcet" akademiyasında bir mövsüm keçirən gənc istedad 2024-cü ilin sentyabrında qoşulduğu "Sampdoriya"nın U-19 komandasında qolları sıralanıb və bu ilin fevralında klubu ilə peşəkar müqavilə bağlayıb. 

Nihat

Chosen
46
1
fanat.az

2Sources